DÇ-2026: Norveçdən 11, Haalandan 5 qol, Fransadan çətin qələbə

09.09.25 | 21:22
Dünya futbolu

DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonasında növbəti turun oyunları keçirilib. İrəvanda Ermənistan yığması İrlandiyanı məğlub edib. Norveç Moldova oyununda isə azarkeşlər qol yağışı görüb. Norveçlilər rəqibini alçaldıcı hesabla məğlub edib.

D qrupu

Millimizin yer aldığı qrupda digər oyun gərgin keçib. İslandiya hesabda irəli çıxsa da, rəqibindən aşkar güclü olan fransızlar önə keçə bilib. Lakin İslandiyanın mübariz oyunu Fransanın azlıqda qalmasına səbəb olub. Son dəqiqələrdə hücuma atılan islandlar hesabı bərabərləşdirsə də, hakim VAR-ın köməyi ilə qolu ləğv edib.

Azərbaycan-Ukrayna 1:1
Qollar: E.Mahmudov, 72-p – Sudakov, 53.

Fransa-İslandiya 2:1
Qollar: Mbappe, 45-p. Barkola, 62 – A. Qudyonsen, 22.

F qrupu

Ermənistanın qələbəsi və macarların büdrəməsi qrupda vəziyyəti dolaşığa saldı. İndi ikincilik uğrunda hər üç yığmanın mübarizə aparmaq şansı var.

Ermənistan-İrlandiya 2:1
Qol: Sperstyan, 45+1-pen. Ranos, 51 – E. Ferqyuson, 57.

Macarıstan-Portuqaliya 2:3
Qollar: Varqa, 21; 84 – Bernardo Silva, 36. Ronaldo, 58-p. Konselo, 86.

H qrupu

Avstriya faktiki olaraq qrupdakı əsas rəqibi üzərində vacib qələbə qazanaraq birincilik üçün ciddi iddia nümayiş etdirdi. Rumıniya Kiprlə xal itirməklə işini çətinləşdirdi.

Kipr-Rumıniya 2:2
Qollar: Loizou, 29. Xaralampus, 76 – Draqut, 2; 18.

I qrupu

Bu qrupun yeganə oyununda qeyri-adi hesab qeydə alınıb. Haalandın 5, Asqardın 4 qol vuyrduğu oyunda moldovalılar alçaldıcı hesabla məğlub olub. Bununla da Norveç 5 oyunda 5 qələbə ilə qrupun lideridir.

Norveç-Moldova 11:1
Qollar: Mire, 6. Haaland, 11; 36; 43; 52; 83. Odeqaard, 45+1. Asqaard, 68; 76; 79-p.; 90+2 – Östiqard, 74-avtoqol.

K qrupu

Serblər çox zəif çıxış edərək Albaniyanın ikinci pilləyə yüksəlməsinə imkan verdi. Bu qrupda ingilislərin lider olacağı şübhə doğurmur.

Serbiya-İngiltərə 0:5
Qollar: Keyn, 33. Madueke, 35. Konsa, 52. Queyi, 75. Reşford, 90.

Albaniya-Latviya 1:0
Qol: Asslani, 25-p.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46