AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb. AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Bu barədə AFFA məlumat yayıb. Lakin qurum məşqçinin hansı şərtlər altında istefaya razı olduğunu bildirməyib.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.