“Qarabağ”a hücumçu lazımdırmı?

03.09.25 | 14:11
Ölkə futbolu

Son günlər “Qarabağ”ın transfer siyasətini tənqid edənlərin sayı artmaqdadır. Bunu sosial şəbəkələrdəki statuslardan da görmək olur. Komandanın Çempionlar Liqasının əsas mərhələsinə yerli hücumçularla getməsi azarkeşləri narahat edir. Bu azmış kimi klubun yenidən Juninyonu geri qaytarmaq cəhdləri fanatları bir az da qıcıqlandırıb. Doğrudur, adının müqəddəsliyi və nailiyyətlərinə görə “Qarabağ”a dəstək verənlər də var. Amma hər iki tərəf emosionallıq göstərir. Burada iki məqam var. Birincisi, tənqid edənlərin xeyrinə, ikincisi isə tərəf saxlayanların. Tənqid edənlərə haqq qazandırmaq olar o baxımdan ki, “Qarabağ” artıq çoxdan ciddi və sistemli bir klub kimi ölkə daxilində nümunəyə çevrilib. Belə bir klub yaxın hədəflərlə yanaşı, uzaq hədəfləri də nəzərdə saxlayıb sistematik iş qurmalıdır. Lakin “Qarabağ”ın son illərdə transfer siyasəti bu cür işin olmasını şübhə altına alır. Xüsusən də, klubun hücum xəttində belə qeyri-sabitlik nəzərə çarpır. Dino Ndlovu yaxşı təsir bağışlayır, klubu tərk edir, Vaci yaxşı oynayır klubu tərk edir, Kadi və Juninyo da onun kimi. Əvvəl yola salırlar, sonra geri çağırırlar, özü də ümid edirlər ki, ucuz qiymətə gələcək. Əlbəttə Kadi və Juninyoya verilən məbləğə müqavimət göstərmək çətin idi, amma əgər yola salmışdınızsa, dərhal da əvəz düşünülməli idi. Kimsə güman edirsə ki, “Qarabağ”ın Çempionlar Liqasına düşəcəyi gözlənilmirdi, çox səhv fikirdir. “Qarabağ” hər il bu mötəbər yarışa qoşulur və artıq hər kəs komandadan bu uğuru gözləyir. Amma lap elə Avropa Liqasına getsə belə, etiraf edək ki, o səviyyədə oynayacaq hücumçu yoxdur. Nəriman Axundzadə ümidvericidir, amma gəncdir, məhsuldar deyil. Musa Qurbanlı da istedadlıdır, amma sabit deyil. Amma və lakin, Qurban Qurbanov bu futbolçularla çıxıb ÇL-in əsas mərhələsinə və kimsə ondan pley-off raunduna adlamasını gözləmir. Odur ki, burada milli komandanın xarici məşqçisini tənqid edən idman jurnalistlərinin sevimli bir ifadəsi işə düşür: “uduzuruqsa elə özümüzünkü ilə uduzaq, o boyda pulu Santuşa niyə verək ki?!”. “Qarabağ”dan heç kim möcüzə gözləmir: “Çelsi”, “Napoli”, “Liverpul” kimi nəhənglərlə layiqli oynamaq, “Ayntraxt”, “Benfika” və “Atletik”ə müqavimət göstərib xal almağa cəhd göstərmək və “Kopenhagen”dən azı 3-4, çoxu 6 xal almaq. Juninyo gəlib “Çelsi”yə , “Liverpul”a, “Atletiko”ya 2-3 qol vurub sensasiya edəsi oyunçu deyil. Qeyd etdiyimiz oyunu göstərmək üçün “Qarabağ”ın yaxşı fiziki, psixoloji hazırlıqlı və yüksək tempə dözə biləcək müdafiəsi və orta sahəsi olmalıdır. Böyük klublarla ələ düşən bir-iki fürsətin öhdəsindən Kadi, Yankoviç, Leandro, Zubir və Nəriman da gələcək. Söhbət ondan gedir ki, bu rəqiblərlə Juninyonun dayısı da gəlsə şansımız eyni səviyyədə olacaq. Əgər Juninyo ilə möcüzə yaratmayacağıqsa ki, bu ehtimal çox yüksəkdir, o zaman “Qarabağ”dan cəmi səkkiz oyuna görə böyük pullar xərcləyib hücumçu gətirməyi niyə tələb edək ki? Uduzurqsa, bir qol artıq, bir qol əksik, elə özümüzünkülərlə uduzaq. Sonra da deyirik ki, futbolçu yetişmir. Nəriman və Musa üçün bu böyük fürsətdir. Çıxsınlar, oynasınlar, təcrübə toplasınlar və daha da artırsınlar. İndi də oynamayıb nə vaxt oynayacaqlar?!

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03