Elmar Baxşıyev üçün revanş imkanı

07.08.25 | 10:31
Ölkə futbolu

Bu gün UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Artıq sensasiyaya bərabər nəticə qazanaraq mərhələ adlayan “Araz-Naxçıvan” “Dalğa Arena”da Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. Yunan Kiprinin adlı-sanlı klublarından olan “Omoniya” Avropa klub turnirlərində zəngin təcrübəyə malikdir və artıq üç dəfə Azərbaycan klubları ilə qarşılaşıb. 2021-ci ildə Konfrans Liqasında “Qarabağ”dan kötək yeyən kiprlilər (1:4 və 2:2), daha sonra bu məğlubiyyətin acısını “Zirə” (2024/6:0 və 0:1) və “Qəbələ”dən çıxıb (2023/3:2 və 4:1). Hər iki duel Konfrans Liqasında olub. Maraqlıdır ki, həmin oyunlarda “Qəbələ”nin baş məşqçisi indi “Araz-Naxçıvcan”ın sükanı arxasında olan Elmar Baxşıyev olub. Odur ki, Baxşıyev üçün revanş fürsəti ələ düşüb.

21-qat ölkə çempionu olan “Omoniya” “Torpedo Kutaisi”ni keçərək bu mərhələyə gəlib. Komanda özünün mütəşəkkil və intizamlı müdafiəsi ilə seçilir. Xüsusən də Avropa kuboklarında müdafiədə daha intizamlı oynayırlar. Əsasən arxadan sürətli əks-hücumlara üstünlük verirlər. Bu gün axşam da topa nəzarəti “Araz-Naxçıvan”a verib qəfil hücumlarla çıxacaqları istisna deyil. Orta sahədə say çoxluğu ilə oynayan bir komandadır.

“Araz-Naxçıvan” da “Aris”lə oyunlarda yaxşı mənada təəccübləndirdi. Komanda bütün xəttlərdə intizamlı oynamağı bacardığını nümayiş etdirdi. Heyətdəki cüzi itki bu oyun intizamına mane olacaq səviyyədə olmamalıdır. Buna Baxşıyev oyunöncəsi mətbuat konfransında da işarə etdi.

Oyunun hakimi Andrei Berka haqqında ötən günlərdə məlumat vermişdik.

20:00. Araz-Naxçıvan – Omoniya
Baş hakim: Andrei Berka (Çexiya)
Stadion: “Dalğa Arena”.

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53