Noyabrın 16-da UEFA Millətlər Liqasının C və D liqalarında bir neçə qarşılaşma keçirilib. C Liqasının 3-cü və 4-cü qruplarında, eləcə də millimizin yer aldığı D Liqasının 2-ci qrupunda son turun oyunları baş tutub.
C Liqasının 3-cü qrupunda Slovakiya səfərdə Qazaxıstanla heç-heçə edib – 2:2. Qazaxıstan Çesnokov və Voroqovskinin qolları ilə iki dəfə hesabda önə keçsə də, slovaklar əlavə olunmuş vaxtda Kapralikin qolu ilə məğlubiyyətdən xilas olublar. Son dəqiqələrdə Marçelli qələbə qolunu vura bilərdi, lakin “Sabah”ın qapıçısı Stas Pokatilov buna imkan verməyib. Artıq B Liqasına yüksəlməyi təmin edən Slovakiya qrupu lider kimi başa vurub.
Bu qrupda ikinci yer uğrunda mübarizədə Farer adaları Moldovanı 1:0 hesabı ilə məğlub edib. Samuelsenin qolu meydan sahiblərinə 8 xalla ikinci pilləyə yüksəlmək imkanı verib. Farer adaları B Liqasına vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.
C Liqasının 4-cü qrupunda İslandiya Lüksemburqu 3:0 hesabı ilə darmadağın edib. Villumsson 25-ci dəqiqədə hesabı açıb, Andri Qudyonssen fasilə ərəfəsində penaltini dəqiq yerinə yetirib. Ellertsson isə ikinci hissənin əvvəlində yekun nəticəni müəyyənləşdirib.
Estoniya isə Bolqarıstana 2:1 hesabı ilə qalib gəlib. Kristal 8-ci dəqiqədə meydan sahiblərini önə çıxarsa da, Kovaçev fasilə ərəfəsində tarazlığı bərpa edib. 60-cı dəqiqədə Paulmetsin qolu estonlara qələbə qazandırıb. Artıq pley-offa vəsiqəni təmin etmiş Estoniya bu nəticə ilə qrup mərhələsini başa vurub.
D Liqasının 2-ci qrupunda isə Litva səfərdə Lixtenşteyni 2:1 hesabı ilə üstələyib. Yankausskas ilk hissədə hesabı açıb, Ruzgis fasilədən sonra penaltidən fərqlənib. Zele meydan sahiblərinin yeganə qolunu vursa da, Litva qələbəni qoruyub.
UEFA Millətlər Liqası
C Liqası, 6-cı tur
3-cü qrup
Qazaxıstan – Slovakiya 2:2
Çesnokov, 29, Voroqovski, 65 – Bojenik, 56, Kapralik, 90+5
Farer adaları – Moldova 1:0
Samuelsen, 24
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | Slovakiya | 6 | 3 | 3 | 0 | 13:6 | 12 |
| 2 | Farer adaları | 6 | 1 | 5 | 0 | 8:7 | 8 |
| 3 | Moldova | 6 | 2 | 1 | 3 | 5:10 | 7 |
| 4 | Qazaxıstan | 6 | 0 | 3 | 3 | 8:11 | 3 |
4-cü qrup
Estoniya – Bolqarıstan 2:1
Kristal, 8, Paulmets, 60 – Kovaçev, 45+1
İslandiya – Lüksemburq 3:0
Villumsson, 25, Andri Qudyonssen, 37 (pen.), Ellertsson, 50
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | İslandiya | 6 | 4 | 2 | 0 | 15:1 | 14 |
| 2 | Estoniya | 6 | 3 | 3 | 0 | 5:2 | 12 |
| 3 | Bolqarıstan | 6 | 1 | 1 | 4 | 4:12 | 4 |
| 4 | Lüksemburq | 6 | 1 | 0 | 5 | 2:11 | 3 |
D Liqası, 6-cı tur
2-ci qrup
Litva – Lixtenşteyn – 2:1
Yankausskas, 16, Ruzgis, 50 (pen.) – Zele, 60
| № | Komanda | O | Q | H | M | T | X |
| 1 | Azərbaycan | 4 | 2 | 2 | 0 | 3:1 | 8 |
| 2 | Litva | 4 | 2 | 1 | 1 | 5:3 | 7 |
| 3 | Lixtenşteyn | 4 | 0 | 1 | 3 | 1:5 | 1 |