İspaniya La Liqasında uğursuz zolaqdan çıxa bilməyən “Valensiya”da gözlənilən qərar verilib. “Yarasalar” baş məşqçisi Karlos Korberan ilə yollarını rəsmən ayırıb.
Yeni mövsümə son dərəcə zəif başlayan “Valensiya” keçirdiyi matçlarda cəmi 1 xal toplaya bilib. Son 4 qarşılaşmada ardıcıl məğlubiyyətlərlə üzləşən komanda top fərqində də bərbad göstəriciyə (1:10) sahibdir və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
stefa qərarı yalnız baş məşqçi ilə məhdudlaşmayıb. Klubun direktoru Ron Qurley də daxil olmaqla, inzibati heyətdən 4 nəfər və Korberanın köməkçiləri ilə müqavilələrə xitam verilib.
Klubdan bildirilib ki, əsas komandanın məşqlərinə müvəqqəti olaraq əvəzedici heyətin (“Mestalya”) baş məşqçisi Oskər Sançes rəhbərlik edəcək.
43 yaşlı Karlos Korberan 2024-cü ilin dekabrından “Valensiya”nı çalışdırırdı. Mütəxəssis daha əvvəl “Olimpiakos” və “Vest Bromviç Albiol”də işləyib.