“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun məlumatına görə, Tovuz təmsilçisi serbiyalı vinger Aleksa Yankoviçi transfer edib. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Yankoviç ötən mövsüm “Sumqayıt”ın heyətində 32 premyer liqa oyununda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
O, 2025-ci ildən ölkəmizdə çıxış edən serbiyalı futbolçu bundan əvvəl vətənində “Partizan”, “Çukariçki”, “Radniçki” və “Voyvodina” kimi klubların formasını geyinib. “Turan Tovuz” Yankoviçin ölkəmizdə ikinci klubu olacaq.