Futbol dünyasının iki əfsanəsi – Lionel Messi və Kriştianu Ronaldu karyeralarıda ilk dəfə eyni komandada çıxış etmək imkanı qazanıblar.
Buna səbəb karyerasını rəsmən başa vurmağa hazırlaşan sabiq hücumçu Karlos Teves üçün vida matçının təşkil olunmasıdır. Argentinalı mütəxəssis dekabrda “Boka Xuniors”un ev stadionu “La Bombonera”da möhtəşəm bir qarşılaşma təşkil etmək niyyətindədir.
TNT Sports və MDZ nəşrlərinin məlumatına görə, 42 yaşlı Teves bu oyuna həm Messi, həm də Ronaldunu dəvət edib. Hər iki ulduz dəvəti qəbul edəcəyi təqdirdə, tarixdə ilk dəfə eyni heyətdə meydana çıxacaqlar.
Karlos Teves vaxtilə Argentina milli komandasında Messi ilə, 2007–2009-cu illərdə isə “Mançester Yunayted”də Ronaldu ilə birgə çıxış edib. “Mançester Siti” və “Yuventus” kimi nəhənglərin də şərəfini qorumuş hücumçu futbolçu karyerasını 2021-ci ildə doğma klubu “Boka Xuniors”da başa vurub.Futbol dünyasının iki əfsanəsi – Lionel Messi və Kriştianu Ronaldu karyeralarıda ilk dəfə eyni komandada çıxış etmək imkanı qazanıblar.
Buna səbəb karyerasını rəsmən başa vurmağa hazırlaşan sabiq hücumçu Karlos Teves üçün vida matçının təşkil olunmasıdır. Argentinalı mütəxəssis dekabrda “Boka Xuniors”un ev stadionu “La Bombonera”da möhtəşəm bir qarşılaşma təşkil etmək niyyətindədir.
TNT Sports və MDZ nəşrlərinin məlumatına görə, 42 yaşlı Teves bu oyuna həm Messi, həm də Ronaldunu dəvət edib. Hər iki ulduz dəvəti qəbul edəcəyi təqdirdə, tarixdə ilk dəfə eyni heyətdə meydana çıxacaqlar.
Karlos Teves vaxtilə Argentina milli komandasında Messi ilə, 2007–2009-cu illərdə isə “Mançester Yunayted”də Ronaldu ilə birgə çıxış edib. “Mançester Siti” və “Yuventus” kimi nəhənglərin də şərəfini qorumuş hücumçu futbolçu karyerasını 2021-ci ildə doğma klubu “Boka Xuniors”da başa vurub.