Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi”yə 1:4 hesabı ilə uduzan “Şəfa”nın baş məşqçisi Zaur Haşımov matçdan sonra mətbuat konfransında açıqlama verib. Gənc mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb və buraxılan səhvlərə toxunub: “Görüş bizim üçün çox ağır və gərgin keçdi. Birinci hissədə rəqibə demək olar ki, heç bir şans tanımadıq, bütün boş zonaları bağladıq. Lakin yeganə bir səhvə görə “Neftçi” gözəl qol vurdu. İkinci yarıya çox yaxşı başladıq, hesabı bərabərləşdirdik, lakin dərhal ardınca iki qol buraxdıq. Bu səhvlərdən sonra komanda psixoloji cəhətdən bir qədər ruhdan düşdü. Hesab edirəm ki, belə acı məğlubiyyətlər belə gənc komandamız üçün böyük təcrübə qazanmaq baxımından faydalı olacaq”.