Pyer-Emerik Obameyanq milli karyerasını bitirdi: “Alçaldıldım və nüfuzuma xələl gəldi”

03.09.26 | 03:02
Dünya futbolu

37 yaşlı ulduz hücumçu Pyer-Emerik Obameyanq beynəlxalq səviyyədə futbol karyerasını rəsmən başa vurub. Qabon yığmasının tarixində ən yaxşı bombardiri olan forvard, milli forması ilə çıxdığı 84 matçda 40 qola imza atıb.

Fransanın Laval şəhərində anadan olan futbolçu peşəkar karyerasına başlamazdan əvvəl Fransa və İspaniyanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, 2009-cu ildə yekun qərarını verərək Qabonu seçib.

Son illərdə hücumçunun yığma ilə münasibətləri heç də birmənalı olmayıb. 2022-ci ildə milli komanda ilə ilk dəfə vidalaşan Obameyanq, daha sonra sabiq ölkə prezidenti Ali Bonqonun dəvəti ilə geri dönmüşdü. 2025-ci il Afrika Millətlər Kubokundan sonra komandadan kənarlaşdırılan futbolçuya sonradan yenidən milliyə qayıtmağa icazə verilmişdi.

Lakin bu dəfə qərar qətidir. Təcrübəli oyunçu qərarının pərdəarxası məqamları barədə olduqca kəskin danışıb: “Afrika Millətlər Kubokunda zədəli halda oynadığım zaman alçaldıldım və nüfuzuma xələl gəldi. Bu, artıq son damla oldu və mən burada dayanmağı üstün tuturam. Düşünürəm ki, milli komandanın problemləri mənim bu prosesdə oynadığım kiçik roldan qat-qat dərindir”.

Xatırladaq ki, sözügedən turnirdən sonra Qabon hökuməti Obameyanqı komandanın uğursuzluğunun əsas səbəbkarlarından biri kimi göstərmişdi ki, bu da futbolçuda ciddi məyusluq yaratmışdı.

Sürəti, çevikliyi və həlledici zərbələri ilə seçilən Obameyanq karyerasının ən parlaq dönəmində dünyanın ən təhlükəli hücumçularından biri sayılırdı. Qabonlu forvardın zəngin futbol yolu fərdi uğurlar və diqqətçəkən rekordlarla zəngindir.

Obameyanq müxtəlif klublarda keçirdiyi illər ərzində 400-dən çox qol vurub. Xüsusilə Avropa Liqasında məhsuldarlığı ilə seçilən hücumçu 34 qolla turnir tarixinin ən yaxşı bombardiri olub.

Qabonlu futbolçu Avropanın “böyük beşlik” çempionatlarında da öz izini qoyub. Bu turnirlərdə 240-dan çox qol vuran Obameyanq həmin liqalarda ən çox qol vurmuş afrikalı futbolçu kimi tarixə düşüb.  Onun rekordları arasında Bundesliqa göstəricisi də xüsusi yer tutur. Obameyanq Almaniya çempionatı tarixində ən çox qol vuran afrikalı futbolçu tituluna sahibdir.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46