“Sabah”ın məşqçisindən ÇL mesajı: “Avropanın nəhənglərinə meydan oxumağa hazırı

02.09.26 | 15:58
Ölkə futbolu

Türkiyənin nüfuzlu “Milliyet” qəzeti UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanaraq tarix yazan “Sabah” klubunun uğuruna geniş yer ayırıb. Çətin püşkatmanın ardınca “Sabah”ın köməkçi məşqçisi Valerio Zuddas “Milliyet”in əməkdaşı Egemen Çidarın suallarını cavablandırıb.

– “Sabah” Çempionlar Liqasında mühüm bir uğura imza atdı. Bu nailiyyəti nəyə borclusunuz?

– Zənnimcə, bu, kollektiv uğurun və əsl komanda olmağın mükəmməl nümunəsidir. Futbolçular, məşqçilər heyəti və klub rəhbərliyi vahid futbol fəlsəfəsi ətrafında birləşdi. Həm özünəməxsus oyun fəlsəfəsi formalaşdırmaq, həm də eyni anda nəticə qazanmaq böyük bir meydan oxumadır və biz bunun öhdəsindən gəldik. Çempionlar Liqasında yer almaq üçün hamımız çox gərgin çalışdıq. Artıq nəhayət ki, özümüzü ən üst səviyyəli rəqiblərə qarşı sınaya biləcəyik.

– “Qarabağ”dan sonra UEFA Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanan ikinci Azərbaycan klubu oldunuz. Bu tarixi uğurun bir parçası olmaq necə hissdir?

– Avropada tam dolu stadionun komandamızı dəstəklədiyini görmək bizim üçün böyük qürurdur. Azərbaycan komandaları avrokuboklarda çıxış edərkən, digər klubların azarkeşləri də daxil olmaqla, bütün ölkə onları dəstəkləyir. Ölkədəki bütün futbol ictimaiyyəti adından bu səviyyədə çıxış etmək həm böyük uğurdur, həm də daxili çempionatın və federasiyanın inkişafını davam etdirməsinə təkan verir. Azərbaycan futbolu üçün növbəti addım avrokuboklarda təmsil olunmağın sadəcə tarixi uğur kimi yox, ənənəvi və sıradan bir hal kimi qəbul edilməsidir.

– Çempionlar Liqasındakı rəqibləriniz barədə nə düşünürsünüz?

– Püşkatmaya 4-cü səbətdən qatıldığımız üçün təbii olaraq bütün rəqiblərimiz bizdən daha təcrübəli və güclüdür. Lakin bu mərhələyə yüksəlmisinizsə, bu, tamamilə normaldır. Avropa futbolunun bu səviyyəsində ilk təcrübəmizi yaşayacağıq. Çempionlar Liqasının ən aşağı heyət dəyərinə malik komandasıyıq. Hətta rəqiblərimizin bəzi futbolçularının fərdi transfer dəyəri bizim bütün komandanın ümumi dəyərindən daha çoxdur. Lakin bu amil mübarizəni bizim üçün daha da maraqlı edir. Biz bu oyunların dadını çıxaracaq və meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Kim bilir, bəlkə də, sürprizlərə imza ata bilərik.

– Uğurunuz Türkiyədəki futbol azarkeşlərini də çox sevindirdi. Onlara hər hansı mesajınız varmı?

– Azərbaycan və Türkiyə mədəni bağlarla yanaşı, futbol baxımından da bir-birinə çox sıx tellərlə bağlıdır. Biz Azərbaycanda Türkiyə Superliqasını yaxından izləyirik və bir çox insan türk komandalarına da azarkeşlik edir. Türk futbolsevərlərin dəstəyini hiss etmək bizi çox sevindirir və bu amil iki ölkə arasındakı qardaşlıq bağlarını mütləq şəkildə daha da gücləndirir.

– “Fənərbaxça” və “Qalatasaray” bu mövsüm eyni anda Çempionlar Liqasındadır. “Sabah”ı da əlavə etsək, turnirdə 3 türk komandasının olacağını deyə bilərik. İstanbul nəhəngləri haqqında fikirləriniz necədir?

– Türkiyənin Avropanın bir nömrəli klub turnirində yenidən iki komanda ilə təmsil olunması həqiqətən çox önəmli hadisədir. Həm “Qalatasaray”, həm də “Fənərbaxça” qurduqları keyfiyyətli heyət və ən əsası, doğma meydanda azarkeşlərinin yaratdığı ehtiraslı atmosfer sayəsində ÇL-də uğurlu bir yol qət edəcək potensiala malikdirlər. İstanbulda rəqibin kimliyindən asılı olmayaraq, hər şey mümkündür.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46