Milli ilə emosional vida: Lionel Messi yığma karyerasını başa vurdu

01.09.26 | 01:51
Dünya futbolu

Argentina futbolunun canlı əfsanəsi Lionel Messi milli ilə yollarını ayırdığını rəsmən bəyan edib. 39 yaşlı hücumçu mundialın finalındakı məğlubiyyətdən sonra bu çətin qərarı verdiyini açıqlayıb.

2005-ci ildə Argentina yığmasında debüt edən Messi, keçirdiyi 207 matçda 125 qola imza atıb. DÇ-2022-də ölkəsinə çempionluq sevincini yaşadan təcrübəli kapitan, növbəti dünya çempionatında da komandasını finala daşımağı başarmışdı. Lakin əlavə vaxtda 0:1 hesabı ilə uduzduqları son final oyunu onun “albiseleste” formasında çıxış etdiyi son qarşılaşma olub.

Şəxsi “Instagram” hesabında azarkeşlərinə müraciət edən ulduz futbolçu bu qərarı xeyli düşündükdən sonra verdiyini bildirib:  “Final matçından sonra çox düşündüm və indi millidən ayrıldığımı hər kəsə elan etmək istəyirəm. Bu qərarı vermək mənə çox çətin idi, amma anlayıram ki, getmək üçün ən doğru zamandır. And içirəm ki, təkcə hər şeyi qazandığımız son illərdə deyil, əvvəllər də bu forma üçün meydanda hər bütün gücümü qoymuşam. Sizə bir argentinalı kimi qürur və sevinç yaşatmaq üçün hər zaman sonadək mübarizə apardım.

Zaman azalır, mərhələlər bağlanır və bu mərhələnin bitməsi mənə dərin acı verir. Millidə oynamağı hər zaman sevmişəm və sevməyə davam edəcəyəm. Artıq verə biləcəyim başqa bir şey qalmadı, üstəlik, arxadan bu formaya layiq olan möhtəşəm gənc nəsil gəlir. Son 20 ildə göstərdiyiniz sevgi və dəstəyə görə hər birinizə təşəkkür edirəm. İndi mən də sizdən biri olacaq, komandamıza kənardan azarkeşlik edəcəyəm”.

Müraciətinin davamında Messi ailəsinə, komanda yoldaşlarına və məşqçilərinə minnətdarlığını ifadə edib: “Ailəmə bu gözəl, amma çətin yolda hər zaman yanımda olduqları üçün təşəkkür edirəm. Birlikdə çalışdığım bütün məşqçilərə, komanda yoldaşlarıma və rəhbərliyə minnətdaram. Özümlə unudulmaz xatirələr götürürəm. Yola vicdan rahatlığı və qürurla davam edirəm. Bütün bunları sizinlə bölüşmək inanılmaz idi. Sizi sevirəm! Hər şey üçün çox sağ ol, Tanrım, məni argentinalı etdiyin üçün xöşbəxtəm! İrəli, Argentina! Bu sözləri iyulun 21-də, finaldan iki gün sonra yazmışdım. Atamı itirdidən sonra verdiyim qərarın nə qədər doğru olduğuna bir daha əmin oldum”.

Paylaş:

Xəbər Lenti

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39