“Qarabağ” komandası legionerlərindən biri ilə yollarını ayırıb. Ağdam təmsilçisi braziliyalı müdafiəçi Dani Bolt ilə vidalaşıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, “köhlən atlar” cənubi amerikalı futbolçu ilə əməkdaşlığa son qoyub.
Yeri gəlmişkən, Dani Bolt ötən ilin yayından etibarən “Qarabağ”ın şərəfini qoruyurdu. Müdafiəçi Ağdam təmsilçisinin heyətində meydanda olduğu 43 rəsmi matçda 1 qolla yadda qalıb.