Aleksander Çeferin təsdiqlədi: Rusiyaya tətbiq olunan futbol qadağası uzadıldı

29.08.26 | 03:29
Dünya futbolu

UEFA Rusiyaya tətbiq edilən sanksiyaların müddətini uzadıb. 2026/27 mövsümündə nə bu ölkənin klubları, nə də milli komandası UEFA və FİFA bayrağı altında keçirilən beynəlxalq turnirlərə buraxılmayacaq. Bununla da Rusiya komandaları üst-üstə 5-ci mövsümdür ki, Çempionlar Liqası və digər avrokuboklardan təcrid olunurlar.

 Qərarı təsdiqləyən UEFA prezidenti Aleksander Çeferin Ukraynadakı müharibə başa çatmayana qədər rusiyalı futbolçuların beynəlxalq arenaya qayıtmasının mümkün olmadığını bildirib. Bununla belə, sloveniyalı funksioner gənc idmançıların fürsətdən məhrum olunmasına görə təəssüfləndiyini də gizlətməyib:  «Müharibə bitənə qədər onlar geri qayıtmayacaqlar. Rusiyalı idmançıların dörd ildir beynəlxalq yarışlardan kənarda qalması müəyyən mənada kədərlidir, lakin hazırda başqa çıxış yolu yoxdur. Ən yaxşı həll yolu müharibəyə son qoyulması və gənc istedadlara şans verilməsidir».

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Voleybol Federasiyası (FIVB) sanksiyaları qismən yumşaldaraq Rusiyanı voleybol reytinqinə bərpa etsə də (baxmayaraq ki, 2027-ci ildə Polşada keçiriləcək dünya çempionatında iştiraklarına icazə verilməyəcək), UEFA və FİFA futbol məsələsində prinsipial mövqeyini dəyişməyib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46