Premyer Liqanın II turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə darmadağın edən “Neftçi” daha bir tarixi göstəriciyə imza atıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində doğma meydanda 300-cü qələbəsini qazanıb.
Bu əlamətdar uğur “ağ-qaralar”ın çempionat çərçivəsində keçirdiyi 492-ci ev matçına təsadüf edib. İndiyədək öz azarkeşləri önündə 300 qarşılaşmada qalib gələn Bakı klubu, 113 oyunda heç-heçə edib, 79 dəfə isə meydanı xalsız tərk edib.
Xatırladaq ki, “Neftçi” ölkə çempionatlarında ilk ev qələbəsini müstəqillik dövrünün debüt mövsümündə – 1992-ci il mayın 8-də rəsmiləşdirib. Həmin görüşdə paytaxt təmsilçisi Sumqayıt “Xəzər”ini minimal hesabla üstələmişdi.