Premyer Liqasında 2-ci turun oyunlarına start verilib. Açılış matçında “Qəbələ” doğma meydanda “Şəfa”nı qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi gərgin keçən görüş qonaqların minimal hesablardakı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın taleyini həll edən yeganə qola 69-cu dəqiqədə “Şəfa”nın legioneri Mussa Qel imza atıb. Bu nəticə ilə Zaur Həşimovun rəhbərlik etdiyi komanda mövsümdə ilk qələbəsini qazanıb.
“Qəbələ” – “Şəfa” 0:1 (0:0)
Qol: Mussa Qel, 69
“Qəbələ”: Səlahət Ağayev (K), Nicat Əliyev, İsmael Akinade, Kərim Rossi, Brunu Silva, Xayme Syerra (Şahin Şahniyarov, 88), Kuya Mabea, İsaak Amoa, Natan Monzanqo, Meşak Uboçioma (Ziya Şəkərxanov, 78), Edson.
“Şəfa”: Nicat Mehbalıyev, Rauf Hüseynli (İsmayıl Zülfüqarlı, 63), Murad Musayev (K) (Nihad Quliyev, 41), Dilan Mertens, Bafode Dansoko (Nahid Əliyev, 81), Maudo Jarju, Mussa Qel (Vlad Pop, 81), Andrey Draqu, Fərid Yusifli, Luis Felipe (Treyvon Fuller, 63), Kristofer Mamenqi.
Baş hakim: İnqilab Məmmədov
Sarı vərəqələr: Kristofer Mamenqi, Fərid Yusifli, Əhmədov