41 yaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldo tarixi hədəfinə doğru inamla irəliləyir. Karyerasının son mövsümünü keçirə biləcəyinə dair eyhamlardan qısa müddət sonra o, 2026/27 mövsümündə qol hesabını açıb.
Səudiyyə Ərəbistanı çempionatının ikinci turu çərçivəsində keçirilən səfər matçında son çempion “Əl-Nəsr” klubu “Ər-Riyad”ı 4:0 hesabı ilə darmadağın edərək məğlubiyyətsiz seriyasını davam etdirib.
“Əl-Nəsr” mövsümə ideal start verərək ardıcıl ikinci qələbəsini qazanıb. İlk turda Ronaldonun iştirak etmədiyi matçda “Əl-Fateh”i 3:0 hesabı ilə məğlub edən Ər-Riyad təmsilçisinin budəfəki görüşündə də portuqaliyalı hücumçu oyuna ehtiyat oyunçular skamyasında başlayıb.
O, 62-ci dəqiqədə meydana daxil olub və cəmi 21 dəqiqə sonra fərqlənərək komandasının dördüncü qoluna imza atıb.
Cümə günü vurduğu qolla karyerasında 977-ci dəfə fərqlənən Ronaldo 1000 qol həddinə daha da yaxınlaşıb. Əfsanəvi futbolçuya bu tarixi göstəriciyə çatmaq üçün cəmi 23 qol qalır.
Kriştianu Ronaldo yeni futbol mövsümünə “Əl-Nəsr”dəki möhtəşəm çıxışından sonra başlayır. Ötən mövsüm o, bütün turnirlərdə 30 qol vurub və 5 məhsuldar ötürmə edərək, komandasını 2018/2019 mövsümündən bəri ilk dəfə Səudiyyə Ərəbistanı çempionluğuna daşımışdı.