FİFA DÇ-2026-nın final qarşılaşmasından sonra baş verən insidentlərlə bağlı sərt qərarlar qəbul edib. Xüsusilə Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə ağır cəza kəsilib.
İspaniyaya qarşı keçirilən gərgin final matçından sonra özünə hakim ola bilməyən argentinalı futbolçu FİFA-nın İntizam Komitəsinin qərarı ilə 10 oyunluq diskvalifikasiya alıb. O, həmçinin 90 min dollar məbləğində cərimələnib.
Paredesin komanda yoldaşları da cəzalardan yayına bilməyiblər. Belə ki, Nauel Molina 7 oyunluq diskvalifikasiya və 90 min dollar cərimə ilə üzləşdiyi halda, Tiaqo Almadaya 1 matçlıq cəza və 30 min dollar cərimə kəsilib. FİFA-nın sanksiyalarından Argentina millisinin baş məşqçisi Roberto Ayala da kənarda qalmayıb – mütəxəssis 3 oyunluq diskvalifikasiya olunub və 30 min dollar məbləğində cərimələnib.
FİFA komandanın ümumi intizamsızlığı, ayrı-seçkilik halları və meydanın etiraz meydançasına çevrilməsi səbəbindən Argentina Futbol Assosiasiyasını 300 min dollardan çox cərimələyib. Bundan əlavə, insidentlərdə əli olan İspaniya millisinin üzvü Qavi də sərt qərardan kənarda qalmayıb. O, 1 oyunluq diskvalifikasiya və 30 min dollar cəza alıb.