Con van den Brom: “Çox pis oynadıq, amma Bakıda daha yaxşı olacağımıza inanıram”

21.08.26 | 03:25
Ölkə futbolu

Niderlandın “Tvente” klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda “Qarabağ”a məğlubiyyəti (0:1) dəyərləndirib. Matçdan sonra keçirilən mətbuat konfransında mütəxəssis komandasının çıxışını sərt tənqid edərək, məyusluğunu gizlətməyib və Ağdam klubunun üstünlüyünü etiraf edib.

Niderlandlı çalışdırıcı məğlubiyyətin əsas səbəbini komandanın topla zəif davranmasında və futbolçuların öz potensialından aşağı oynamasında görüb: “Çox güclü rəqibə qarşı oynayırdıq. Onlar topa nəzarətdə nə qədər ustalıqla hərəkət etdiklərini bir daha sübut etdilər. Bizdə isə məhz bu çatışmırdı. Bu səviyyədə belə bir matçı qazanmaq üçün meydandakı on bir futbolçunun hər biri öz imkanlarının zirvəsində olmalıdır. Amma mən bunu komandamda görmədim. Çox sayda oyunçumuz öz səviyyəsindən qat-qat aşağı çıxış etdi.

Rəqib yarımmeydanında çox olduq, cərimə meydançasına xeyli top göndərdik, amma real təhlükə yarada bilmədik. İkinci hissənin müəyyən bir kəsiyində bəlkə də bərabərlik qolunu haqq etmişdik, lakin evdə oynadığımız pley-off matçında 90 dəqiqə ərzində sadəcə on dəqiqə yaxşı futbol nümayiş etdirmək çox azdır”.

Komandasının qeyri-qənaətbəxş oyununa rəğmən, baş məşqçi gələn həftə Bakıda keçiriləcək cavab matçına nikbin yanaşır. Onun sözlərinə görə, komandasının potensialının tam açılmaması onlara növbəti həftə üçün ümid verir: “Bugünkü oyunumuz bizim əsl səviyyəmiz deyil və bu faktın özü mənə ümid verir. İnanıram ki, gələn həftə bu gün göstərdiyimizdən qat-qat yaxşı çıxış edə bilərik. Asan olmayacaq, amma özümüzə inanmağa davam etməliyik. Xüsusən də rəqib üçün çətinliklər yaratdığımız və hesabı bərabərləşdirmək üçün təzyiq qurduğumuz anları nəzərə alsaq, hələ heç nə bitməyib. Hesab cəmi 0:1-dir. Futbolda şans həmişə var və biz Bakıda bu şansdan yararlanmağa çalışacağıq”.

59 yaşlı məşqçi mətbuat konfransında yayda komandaya böyük ümidlərlə transfer olunan, lakin ilk matçlarda özünü doğrulda bilməyən ulduz hücumçu Vaut Veqhorstu da xüsusi qeyd edib: “Vaut bu gün çox pis oynayanlardan biri idi. Onu 60-cı dəqiqədə əvəzləyib Sem Lammersə şans verməyimin əsas səbəblərindən biri də məhz budur”.

Yeri gəlmişkən, Lammersin meydana daxil olması azarkeşlər tərəfindən böyük coşqu və gurultulu alqışlarla qarşılanmışdı. Van den Brom 34 yaşlı forvardın komandaya hələ də uyğunlaşma mərhələsində olduğunu vurğulasa da, onu ehtiyatda saxlamağı düşünmür: “İndidən onu ehtiyata göndərmək çox səhv addım olardı. Amma nələrisə yaxşılaşdırmalı olduğumuz aydındır. Vaut da bunu çox yaxşı bilir”. Lakin Veqhorstun uğursuz startı fonunda azarkeşlər arasında Sem Lammersin əsas heyətdə yer alması ilə bağlı çağırışlar getdikcə güclənir.

Təcrübəli mütəxəssis yeni futbol qaydalarından tam xəbərdar olmadığını da etiraf edib. Xüsusilə, zədələnmiş oyunçunun bir dəqiqəlik kənara çıxma qaydası onu təəccübləndirib: “Əgər topu özün meydandan çıxarırsansa, dərhal ayağa qalxsan belə, meydanı tərk etməli imişsən. Mən bunu bilmirdim. Görünür, bu gün yenə nə isə öyrəndim”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28