Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu fransalı ulduz Kərim Benzema ilə yollarını ayırmağa hazırlaşır. Səudiyyəli idman jurnalisti Əhməd Əl-Əclanın məlumatına görə, rəhbərlik oyunçu ilə müqaviləyə xitam verilməsi üçün maliyyə kompromisi imkanlarını nəzərdən keçirir. Bunun üçün yeganə şərt klubun cari transfer pəncərəsində yeni hücumçu transferini rəsmiləşdirməsidir.
Ayrılıq iddiaları Benzemanın mövsümün açılış matçındakı gərgin davranışından dərhal sonra gündəmə gəlib. “Əl-Faysəli” üzərində 4:2 hesablı qələbə ilə başa çatan matçın 70-ci dəqiqəsində əvəzlənən hücumçu bu qərara kəskin narazılığını açıq şəkildə nümayiş etdirmişdi. Baş məşqçi Simone İnzagi “Onun mümkün qədər çox oynamaq istəyi tamamilə təbiidir” deyərək yetirməsini müdafiə etsə də, görünən odur ki, rəhbərlik fərqli düşünür.
Xatırladaq ki, sabiq “Real”li ötən qış digər Səudiyyə klubu “Əl-İttihad”la müqaviləsini qalmaqallı şəkildə pozaraq azad agent kimi “Əl-Hilal”a qoşulmuşdu. Qısa müddət ərzində fərdi performansı pis olmayan 36 yaşlı hücumçu bütün turnirlərdə çıxış etdiyi 14 matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, onun yeni komandasındakı karyerası bu yay başa çata bilər.