“Barselona”da daha bir “Qızıl top” sahibi: Rodri Kataloniyada

18.08.26 | 02:35
Dünya futbolu

İspaniya millisi ilə DÇ-2026-nın qalibi və turnirin ən yaxşı futbolçusu seçilən Rodri “Barselona”ya transferini tamamlamaq üçün Kataloniyaya gəlib. “Mançester Siti”nin 30 yaşlı dayaq yarımmüdafiəçisinin çərşənbə axşamı tibbi müayinədən keçdikdən sonra Kataloniya klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacağı gözlənilir. “AP” agentliyinin məlumatına görə, “Barselona” bu keçid üçün 76,5 milyon avro ödəyəcək.

Bazar ertəsi Barselonaya çatan 2024-cü il “Qızıl top” mükafatçısı keçidi ilə bağlı təəssüratlarını bölüşüb: “«Barselona»da oynamaq uşaqlıq arzum idi. Son günlər gərgin keçsə də, hər şeyin yoluna düşməsinə şadam. Bəzilərini millidən yaxşı tanıdığım komanda yoldaşlarımla tezliklə görüşmək üçün səbirsizlənirəm. İndi işə başlamaq vaxtıdır”.

“Mançester Siti” ilə 4 dəfə Premyer Liqanın və Çempionlar Liqasının qalibi olan təcrübəli oyunçu yeni klubunda Lamine Yamal, Dani Olmo, Pau Kubarsi, Qavi və Pedri kimi milli komandadan tanıdığı futbolçularla birgə çıxış edəcək.

Son mövsümlərdə zədələrdən əziyyət çəkən ispaniyalı ulduz 2024/25 mövsümünün böyük hissəsini xaçvari bağların qırılması səbəbindən buraxmışdı. Dünya çempionatından sonra belindən kiçik əməliyyat olunan Rodri hazırda bərpa prosesi keçir. O, “Siti”nin İngiltərə Superkubokunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olduğu qarşılaşmanı da bu səbəbdən kənardan izləyib.

“Barselona” cari transfer pəncərəsində ingiltərəli Entoni Qordonu heyətinə qatdığı halda, Robert Levandovski və Ferran Torres kimi ulduzlarla yollarını ayırıb.

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16