PSJ-nin 6 titul arzusu puç oldu: Tovenin qolu “Lans”a tarixi uğur qazandırdı

17.08.26 | 10:03
Dünya futbolu

Fransa Superkubokunda böyük sürpriz qeydə alınıb. Bazar günü keçirilən həlledici matçda şimal təmsilçisi “Lans” qitə futbolunun nəhənglərindən olan PSJ-yə 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə bu nüfuzlu titula sahib çıxıb. Bu məğlubiyyətlə Paris klubunun mövsümü 6 titulla başa vurmaq ümidini puç edib.

Son iki ildə Avropa arenasında dominantlıq edən və cəmi bir həftə əvvəl ilk qitə titulunu qazanan PSJ-nin belə büdrəməsi futbol ictimaiyyəti tərəfindən şokla qarşılanıb. Luis Enrikenin rəhbərlik etdiyi ulduzlar toplumu təvazökar rəqibinin müqavimətini qıra bilməyib.

Matçın qəhrəmanı isə 2018-ci ilin dünya çempionu Florian Toven olub. Ötən mövsüm də komandasına ölkə kubokunu qazandıran təcrübəli ulduz, bu tarixi qolu ilə adını “Feliks Bollar” stadionunun tarixinə qızıl hərflərlə yazdırıb.

Maraqlıdır ki, “Lans” bu uğura ciddi itkilər fonunda nail olub. Ötən mövsümü rekord göstəricilərlə ikinci pillədə başa vuran şimal komandası yay fasiləsində komandanı zirvəyə daşıyan baş məşqçi Pyer Sajla yollarını ayırmışdı və haırda o, İngiltərədə “Kristal Pelas”ı çalışdırır. Lakin bu ayrılıq komandanın əzmini qıra bilməyib və onlar yeni mövsümə mükəmməl start veriblər.

Qərgin keçən qarşılaşmanın taleyini 32-ci dəqiqədə Florian Tovenin vurduğu yeganə qol həll edib. Görüşün 39-cu dəqiqəsində “Lans”dan Kilian Antonionun birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması ilə azlıqda qalan “Lans”, ikinci hissədə PSJ-nin güclü təzyiqinə tab gətirməyi bacarıb.

Matçın 87-ci dəqiqəsində PSJ-nin müdafiəçisi Nuno Mendeşin də rəqibə dirsək zərbəsinə görə qırmızı vərəqə alması ilə komandalar meydanda 10 nəfərlə qalıb və “Lans” minimal üstünlüyünü sonadək qoruya bilib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46