Dünya futbol tarixinin ən unudulmaz və qalmaqallı anlarından birinə şahidlik etmiş futbol topunun avqustun sonlarında Texasda keçiriləcək hərracda milyonlarla dollara satılacağı gözlənilir. Söhbət futbol tarixinin ən məşhur epizodlarından birinə çevrilən “Tanrının əli” qolunun vurulduğu, əfsanəvi Dieqo Maradonanın toxunduğu topdan gedir.
DÇ-86-nın 1/4 finalında Argentina və İngiltərə yığmaları arasında baş tutan matçda superulduz futbol tarixinin ən mübahisəli qoluna imza atmışdı. Maradona sonradan həmin qolu “Bir az Maradonanın başı, bir az da Tanrının əli” ifadəsi ilə şərh etmişdi. Həmin gərgin matçda qələbə qazanan Argentina millisi yekunda turnirin qalibi olmuşdu.
Bu topun dəyərini daha da artıran əsas məqamlardan biri isə Maradonanın həmin matçda bir neçə rəqibini ardıcıl şəkildə geridə qoyaraq vurduğu və sonradan “Əsrin qolu” adlandırılan ikinci tarixi qolu da məhz bu topla vurmuçdu.
İlkin proqnozlara görə, top hərracda təxminən 10 milyon dollara öz yeni sahibini tapacaq.
Xatırladaq ki, həmin top daha əvvəl tarixi matçı idarə edən və mübahisəli qolu qeydə alan tunisli baş hakim Əli Benasser tərəfindən də satılmışdı. Maradonanın həmin tarixi matçda geyindiyi forma 2022-ci ildə 9,3 milyon avroya satılıb ki, bu da futbol formaları tarixində mütləq rekord hesab olunur.