Yuri Vernıdub: “Məsuliyyət tamamilə mənim üzərimdədir, azarkeşlərimizdən səbr və inam xahiş edirəm”

07.08.26 | 18:25
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernıdub “Neftçi TV”yə geniş müsahibə verib. Təcrübəli mütəxəssis komandanın yay toplanışı, UEFA Konfrans Liqasındakı uğursuzluq, yeni transferlər, gözlənilən keçidlər və klubun akademiyası barədə danışıb.

Mütəxəssis komandanın iyunun 20-də Bakıda toplaşaraq ağır fiziki yüklənməli 8 günlük təməl hazırlıq keçdiyini bildirib. Ardınca Sloveniyaya yollanan “flaqman” burada güclü rəqiblərlə 4 yoxlama matçı oynayıb: “Sloveniya toplanışı çox uğurlu keçdi. Lakin ‘ÇFR Kluj’la ilk oyundakı məğlubiyyətdən sonra mətbuatda guya futbolçuların ağır yüklənmədən narazı olması ilə bağlı xəbərlər yayıldı. Bu, tamamilə əsassızdır. Məşq prosesində futbolçuların fiziki göstəricilərinə müasir GPS sistemi ilə dəqiq nəzarət edirik. Yoxlama matçlarında hər heyətə cəmi bir hissə şans verirdik və yükü bərabərləşdirmək üçün əlavə məşqlər keçirirdik. Hazırlıq mərhələsini problemsiz başa vurduq”.

UEFA Konfrans Liqasında Minsk “Dinamo”suna məğlubiyyətə toxunan ukraynalı baş məşqçi məsuliyyəti üzərinə götürüb: “Məsuliyyət tamamilə mənim üzərimdədir. 8-ci dəqiqədə 2:0 öndə olduğumuz matçda 2:4 hesabı ilə uduzmağımıza hələ də inana bilmirəm. 4 qolun hamısını uşaq səhvlərindən buraxdıq. Problem fiziki formada yox, futbolçuların psixoloji durumu və mentalitetində idi. Cavab oyununda komanda tamam başqa əhval-ruhiyyə ilə mübarizə apardı, lakin təəssüf ki, cəmi bir qolumuz çatmadı. Bu hamımız üçün dərs oldu. Mətbuatda yazılanların əksinə, komandada heç bir münaqişə yoxdur. Avqustun 16-da başlayacaq sakit Premyer Liqaya hazırlaşırıq”.

Yuri Vernıdub komandaya yeni qoşulan futbolçular haqqında da fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis ilk olaraq məşqçilər korpusunun iş üslubuna bələd olan və yüksək kreativliyi ilə seçilən Varqasın qayıdışını dəyərləndirib. Klub akademiyasının yetirməsi olan 21 yaşlı Əli Abbasovun “Şamaxı”dakı uğurlu mövsümdən sonra geri qaytarıldığını bildirən baş məşqçi, onun sürəti və hücuma effektiv qoşulmaq bacarığı ilə Seklə ciddi rəqabət aparacağını vurğulayıb.

Vernıdub mərkəz və sağ cinah müdafiəçisi, həmçinin dayaq yarımmüdafiəçisi kimi çıxış edə bilən universal Qravilyonu sürəti, dəqiq uzun ötürmələri və ikili mübarizələrdəki inamlı oyunu ilə fərqləndirib. Yarımmüdafiə xəttinə Portuqaliya liqasından gətirilən Qustavo Klismanın “8” və “10” nömrə mövqelərində oynayan, meydanı yaxşı görən texnikalı kadr olduğunu deyən mütəxəssis, hücumçu Tuptaya da xüsusi dəstək verib. Baş məşqçi Yunanıstan Superliqasında 8 qol vuran hücumçunun təkcə qollarla deyil, rəqib müdafiəçilərə göstərdiyi təzyiqlə (presinqlə) böyük iş həcmi gördüyünü bildirib və onun yeni ölkəyə, mühitə uyğunlaşdıqdan sonra qollarını sıralayacağına inandığını ifadə edib.

Heyətin gücləndirilməsi istiqamətində axtarışların sürətlə davam etdiyini bildirən baş məşqçi vurğulayıb: Məqsədimiz addım xətrinə transfer etmək deyil. Komandaya real fayda verəcək keyfiyyətli oyunçular axtarırıq. Bəzən futbolçuların maliyyə tələbləri həddən artıq yüksək olur. Hər gün skaut qrupunun təqdim etdiyi namizədləri təhlil edirik. Heyətimizi lazımi oyunçularla gücləndirəcəyik”. 13 yaşlı nəvəsi İvanın futbolçu karyerasından və “Neftçi” akademiyasından danışan Vernıdub obyektivliyin tərəfdarı olduğunu qeyd edib: “Nəvəm əvvəlcə Kiyev “Dinamo”sunun akademiyasında idi. “Neftçi” akademiyasının səviyyəsini çox bəyənirəm, tez-tez gəncləri əsas komandaya cəlb edirik. Lakin İvanı buraya gətirsəm, baş məşqçinin nəvəsi olduğu üçün ona fərqli yanaşıla biləcəyindən ehtiyatlandım. İstəyirəm ki, o, yalnız öz əməyi ilə inkişaf etsin. Avqustda Avropadakı akademiyalardan birində baxışda olacaq. “Neftçi” akademiyası zəngin tarixə malikdir və inanaman ki, Azərbaycan futbolunun inkişafına töhfə verməyə davam edəcək”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46