Uqanda millisinin sabiq üzvü və «SC Villa» klubunun kapitanı, 27 yaşlı David Ovori qarətçilərin hücumu nəticəsində dünyasını dəyişib.
Hadisə paytax Kampalanın ətraf qəsəbələrindən birində baş verib. Quldurlar futbolçunun qiymətli əşyalarını əlindən almağa cəhd etsələr də, Ovori buna müqavimət göstərib. BBC-nin şahidlərə istinadən verdiyi məlumata görə, cinayətkarlar futbolçunun başına daşı ilə zərbə endirərək mobil telefonunu götürüb hadisə yerindən qaçıblar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 27 yaşlı yarımmüdafiəçinin həyatını xilas etmək mümkün olmayıb.
Uqandanın en tanınmış futbolçularından biri hesab edilən Ovori karyerası ərzində Avropada da bəxtini sınayıb. O, 2021-ci ildə İspaniyanın «Veles» klubuna keçib, növbəti mövsüm isə icarə əsasında İsveçin «Utsikten» komandasında forma geyinib.