“Mançester Yunayted”in və Türkiyə milli komandasının qapıçısı Altay Bayındırın gələcək karyerasına aydınlıq gəlir. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, İspaniyanın “Selta” klubu türkiyəli qolkiperin transferi ilə bağlı ingilislərlə tam anlaşıb.
Keçid satın alma opsiyası ilə icarə əsasında reallaşacaq. Məlumata görə, Qalisiya təmsilçisi mövsümün sonunda 28 yaşlı qapıçını 4 milyon avroya birdəfəlik transfer etmək hüququna sahib olacaq. Bu məbləğ Altayın meydana çıxacağı matçların sayından asılı olaraq bonuslarla bir qədər də artıra bilər.
Xatırladaq ki, 2023-cü ildə “Fənərbaxça”dan “Mançester Yunayted”ə keçən Altay Bayındır “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 17 rəsmi matçda qapısında 31 qol görüb, 3 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.