“Sumqayıt” heyətini yeni legionerlə gücləndirib. “Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blek ilə müqavilə imzalayıb.
Keçidin digər təfərrüatları və müqavilənin müddəti barədə hələlik rəsmi məlumat verilməyib. 25 yaşlı futbolçunun son klubu ölkəsinin “Ferroviario” komandası olub.