“Barselona”nın baş məşqçisi Xansi Flik mətbuat konfransı zamanı komandanın gənc ulduzu Lamin Yamalın yeni mövsümdəki rolu haqqında diqqətçəkən açıqlamalar verib.
Almaniyalı mütəxəssis 19 yaşlı hücumçunun meydandakı mövqeyinin dəyişə biləcəyinə eyham vurub. Flikin sözlərinə görə, hazırda daha çox cinahda dəyərləndirilən Yamal “yalançı doqquzluq” (mərkəz hücumçusu) mövqeyində də çıxış etmək keyfiyyətlərinə malikdir.
Alman mütəxəssis gənc istedadın əvvəllər də hücumun mərkəzində şans qazandığını və heyətin genişliyi sayəsində əllərində fərqli taktiki variantların olduğunu bildirib.
Flik, həmçinin komandanın hücum xəttindəki digər oyunçular – Entoni Qordon və Karim Adeyeminin də universal keyfiyyətlərə malik olduğunu, həm hər iki cinahda, həm də mərkəz hücumçusu kimi çıxış edə bildiklərini vurğulayıb.