İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının 2026/27 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, III təsnifat mərhələsində üz-üzə gələcək “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” cütünün qalibi pley-offda “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün güclüsü ilə qarşılaşacaq.
“Tvente” Niderland Erediviziyasının ötən mövsümünü 58 xalla 4-cü pillədə başa vurub. DAK 1904 (“Dunayska Streda”) isə Slovakiya çempionatında yalnız “Slovan”a uduzaraq mövsümü 2-ci yerdə tamamlayıb.
UEFA Konfrans Liqası, pley-off mərhələsinin püşkünün nəticələri
“Tyun” (İsveçrə)/”Vikinqur” (Reykyavik, İslandiya) cütünün məğlubu – “Borats” (Banya Luka, Bosniya və Herseqovina)/ML “Vitebsk” (Belarus)
“Tre Fiori” (San Marino)/”Drita” (Kosovo) – “İnter Eskaldes” (Andorra)/”Flora” (Estoniya)
“Linkoln Red İmps” (Cəbəllütariq)/”Omoniya” (Kipr) cütünün məğlubu – “Larn” (Şimali İrlandiya)/”İberiya 1999″ (Tbilisi, Gürcüstan) cütünün məğlubu
“Şemrok Rovers” (İrlandiya)/”Eqnatiya” (Albaniya) cütünün məğlubu – KuPS (Finlandiya)/”Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu
“Lex” (Poznan, Polşa)/”Klaksvik” (Farer) cütünün məğlubu – “Riqa” (Latviya)/”Dyor” (Macarıstan)
HİK (Finlandiya)/”Motervell” (Şotlandiya) – “Frayburq” (Almaniya)
“Ferensvaroş” (Macarıstan)/”Qurnik” (Zabje, Polşa) cütünün məğlubu – “Monako” (Fransa)
“İnter” (Turku, Finlandiya)/”Vaduts” (Lixtenşteyn) – “Debretsen” (Macarıstan)/”Kopenhagen” (Danimarka)
“Benfika” (Portuqaliya)/”Harts” (Şotlandiya) cütünün məğlubu – “Payde” (Estoniya)/”Rapid” (Vyana, Avstriya)
ÇFR “Kluj” (Rumıniya)/”Tromse” (Norveç) – “Brayton” (İngiltərə)
“Jalgiris” (Litva)/”Hayduk” (Split, Xorvatiya) – “Rakuv” (Polşa)/”Hammarbü” (İsveç)
“Panatinaikos” (Yunanıstan)/ÇSKA 1948 (Bolqarıstan) – “Hradets-Kralove” (Çexiya)/”Beşiktaş” (Türkiyə) cütünün məğlubu
“Höteborq” (İsveç)/”Gent” (Belçika) – “Hibernian” (Şotlandiya)/”Şkendiya” (Şimali Makedoniya)
PAOK (Yunanıstan)/”Anderlext” (Belçika) cütünün məğlubu – “Brann” (Norveç)/”Apollon” (Limassol, Kipr)
“Atalanta” (İtaliya) – “Hapoel” (Təl Əviv, İsrail)/QKS “Katovitse” (Polşa)
“Bohemians” (İrlandiya)/”Midtyulland” (Danimarka) – “Riyeka” (Xorvatiya)/”İlves” (Finlandiya)
“Yablonets” (Çexiya)/RFM (Latviya) – “Yagelloniya” (Polşa)/”Reyncers” (Şotlandiya) cütünün məğlubu
“Şerif” (Moldova)/”Sent Qallen” (İsveçrə) – “Valyur” (İslandiya)/”Nordsyelland” (Danimarka)
“Auda” (Latviya)/”Dinamo” (Tirana, Albaniya) – “Pafos” (Kipr)/”Zaltsburq” (Avstriya) cütünün məğlubu
“Noa” (Ermənistan)/”Syon” (İsveçrə) – “Ayaks” (Niderland)/”Şelburn” (İrlandiya)
“Braqa” (Portuqaliya)/”Dinamo” (Minsk, Belarus) – “Beytar” (İsrail)/”Austriya” (Vyana, Avstriya)
“Tvente” (Niderland)/DAK 1904 (Slovakiya) – “Dinamo” (Kiyev, Ukrayna)/”Qarabağ” (Azərbaycan)
“Xetafe” (İspaniya) – “Partizan” (Serbiya)/”Tobol” (Qazaxıstan)
“Luqano” (İsveçrə)/”Runavik” (Farer) – “Makkabi” (Təl Əviv, İsrail)/ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu.
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.