İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 2026/27 mövsümünün pley-off mərhələsinin püşkü atılıb. Püşkatmada III təsnifat mərhələsinin qalibləri müəyyənləşməmiş cütlüklər, eləcə də mübarizəyə birbaşa pley-offdan qoşulan komandalar da daxil olmaqla ümumilikdə 24 klub yer alıb.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” (AGF) klubu ilə üz-üzə gələcək Azərbaycan çempionu “Sabah” bu mərhələdə məğlub olacağı təqdirdə mübarizəsini UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək. Bu halda Masazır təmsilçisi “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasının pley-off mərhələsinin bütün cütləri:
“Trabzonspor” (Türkiyə) — “Ferentsvaroş” (Macarıstan)/”Qurnik ” (Zabje, Polşa)
“Sent Trüden” (Belçika) — “Linkoln Red İmps” (Cəbəllüttariq)/”Omoniya” (Kipr)
“KuPS” (Finlyandiya)/”Universitatya” ( Krayova, Rumıniya) — “Ararat-Armeniya” (Ermənistan)/”Çele” (Sloveniya)
“Hapoel” (Beer Şeva, İsrail)/”Srvena Zvezda” (Serbiya) — “Viktoriya” (Plzen, Çexiya)
“Şemrok Rovers” (İrlandiya)/”Eqnatiya” (Albaniya) — “Lillestrem” (Norveç)
“Yagelloniya” (Polşa)/”Reyncers” (Şotlandiya) — “Larn” (Şimali İrlandiya)/”İberiya 1999″ (Gürcüstan)
“Myalbü” (İsveç)/”Slovan” (Bratislava, Slovakiya) — “Pafos” (Kipr)/”Zaltsburq” (Avstriya)
“Levski” (Bolqarıstan)/”Kayrat” (Qazaxıstan) — PAOK (Yunanıstan)/”Anderlext” (Belçika)
“Lex” (Poznan, Polşa)/”Klaksik” (Farer) — “Tyun” (İsveçrə)/”Vikinqur” (Reykyavik, İslandiya)
“Hradets-Kralove” (Çexiya)/”Beşiktaş” (Türkiyə) — “Dinamo” (Zaqreb, Xorvatiya)/”Kauno Jalgiris” (Litva)
“Benfika” (Portuqaliya)/”Harts” (Şotlandiya) — “Orxus” (Danimarka)/”Sabah” (Azərbaycan)
OFİ (Yunanıstan) — “Makkabi” (Tel Əviv, İsrail)/”ÇSKA” (Sofiya, Bolqarıstan)
Pley-off mərhələsinin qalibləri Avropa Liqasının əsas (liqa) mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə mübarizəni Konfrans Liqasının əsas mərhələsində davam etdirəcəklər.
Mərhələnin ilk qarşılaşmaları avqustun 20-də, cavab oyunları isə avqustun 27-də keçiriləcək. Əlavə edək ki, UEFA Avropa Liqasının 2026/27 mövsümünün final oyunu 26 may 2027-ci il tarixində Frankfurtun “Valdştadion” arenasında baş tutacaq.