Avqustun 16-da İspaniyanın Valensiya şəhərində cüdo üzrə İspaniya açıq kuboku keçiriləcək.
Yarışda ölkəmizi altı qadın cüdoçu təmsil edəcək. Bunlar Diana Tskayeva (48 kq), Aydan Vəliyeva (52 kq), Ülviyyə Bayramova və Gülnarə Bayramova (hər ikisi 57 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaysinovadır (+78 kq).