“Şamaxı” heyətini yeni hücumçu ilə gücləndirib. Klub mərakeşli forvard Ayman Boualini transfer etdiyini rəsmən açıqlayıb. “Aslanlar” “Səbail”in sabiq futbolçusu ilə bir illik müqavilə imzalayıblar.
22 yaşlı hücumçunun son klubu BƏƏ təmsilçisi “Əl-Dəid” olub. O, karyerası ərzində Türkiyənin “Ümraniyespor”, eləcə də Mərakeşin “Raca” klublarının da formasını geyinib.