Bakıda keçirilən yoldaşlıq görüşündə “Şafa” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib. Qarşılaşma “Şafa”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib kollektivin heyətində Mussa Quel və İsmayıl Zülfüqarlı fərqləniblər.
Bu matça qədər “Şafa” hazırlıq çərçivəsində “İmişli” (2:2) və “Qəbələ” ilə (1:1) sülh bağlamışdı. “Araz-Naxçıvan” isə “İmişli” ilə heç-heçə (2:2), öz əvəzedici heyətini isə darmadağın etmişdi (11:2).