Braziliyada futbolçuya görünməmiş cəza verildi

31.07.26 | 16:28
Dünya futbolu

Braziliya A Seriyasında çıxış edən “İnternasional”ın 22 yaşlı mərkəz müdafiəçisi Viktor Qabriel idman hüququnda nadir rast gəlinən cəza ilə üzləşib.

Gənc futbolçu ötən həftə “Kruzeyro” ilə qarşılaşmada qırmızı vərəqə alarkən rəqib oyunçu Qabriel Pekə etdiyi sərt müdaxilə nəticəsində onun baldır sümüyünün sınmasına səbəb olub. Hadisəni araşdıran Braziliyanın İdman Ədaləti Ali Məhkəməsi qeyri-adi qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən, Viktor Qabriel maksimum altı ay müddətinə futboldan kənarlaşdırılıb. Bununla belə, diskvalifikasiyanın müddəti zədələnən futbolçunun bərpa prosesindən asılı olacaq. Qabriel Pek gözləniləndən tez sağalaraq məşqlərə və oyunlara qayıdarsa, müdafiəçinin cəzası da avtomatik olaraq qüvvədən düşəcək. Qeyd edək ki, Braziliya idman qanunvericiliyi rəqibin sağlamlığı üçün ciddi təhlükə yaradan və ağır zədə ilə nəticələnən kobud müdaxilələrə görə belə xüsusi sanksiyaların tətbiqinə imkan verir.

Paylaş:

Xəbər Lenti

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39