Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. O, UEFA Avropa Liqasının III təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk görüşün baş hakimi olacaq.
Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimi avstriyalı Alan Kijas, AVAR isə azərbaycanlı FIFA referisi Nicat İsmayıllı olacaq.
Qarşılaşma avqustun 6-da keçiriləcək.