“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb. Səfər qarşılaşması Sloveniyadan olan hakimlər briqadasına həvalə edilib.
UEFA qarşılaşmaya Sloveniyadan olan hakimlər briqadasını təyinatlandırıb. Görüşün baş hakimi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Aleksandar Kasapoviç və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək. VAR hakimi Matey Yuq, AVAR isə Alen Boroşak olacaq.
Rade Obrenoviç Azərbaycan futbolsevərlərinə tanış simadır. Sloveniyalı referi daha əvvəl UEFA Konfrans Liqasında keçirilən “Aberdin” – “Qarabağ”, eləcə də UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutan “Qarabağ” – “Ayaks” qarşılaşmalarını idarə edib.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 5-də Danimarkanın Randers şəhərində Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Cavab görüşü isə avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.