“Neftçi”nin udan günü var ki?

31.07.26 | 08:57
Ölkə futbolu

1980-ci illərdə kəndimizdə bütün azərbaycanlıların bir fərəhləndiyi istinad nöqtəsi var idi. Heydər Əliyevin portreti SSRİ liderləri ilə bir sırada və hətta sıranın lap əvvəllərində məktəbləri, inzibati binaları bəzəyirdi. Kəndin, bölgənin bütün azərbaycanlıları qürur hissi keçirirdi və bu vəziyyət erməniləri çox qıcıqlandırırdı. Ermənilər açıq-aşkar Heydər Əliyevin SSRİ kimi böyük dövlətin zirvəsində durmasına paxıllıq hissi ilə alışıb-yanırdılar. Hər il noyabrın sonundan martın əvvəllərinə qədər paxıllıq hissi ilə alışıb yanan ermənilər heç bir qarşılıq verə bilmirdilər. Amma elə ki, futbol üzrə SSRİ Çempionatı başladımı, ermənilərin əlinə fürsət düşürdü. SSRİ-nin ən kütləvi və ən mötəbər idman yarışında azərbaycanlıların milli təmsilçisi olan “Neftçi”nin biabırçı oyunları hər həftə ermənilərə fürsət verirdi ki, küçəyə çıxıb azərbaycanlılara acıq versinlər. Bir sözlə, “Neftçi” böyük bir toplumun üz qarası idi. Hər mövsüm 13-15-ci yerlərdən asılı qalır, allah-allahla güclülər dəstəsində yerini qoruyurdu. Bir tərəfdə Heydər Əliyev azərbaycanlılara böyüklük, güclülük hissi aşıladığı halda, o biri tərəfdə “Neftçi” hər  bir azərbaycanlıya natamamlıq kompleksi yaşadırdı. Tbilisi “Dinamo”sunun Avropa kuboklarında qələbəsi, gürcülərin dünya çempionatlarında aparıcı rol oynaması, “Ararat”ın ölkə çempionluğu, Çempionlar Kubokunda “Bavariya” üzərində qələbəsi fonunda bu kompleks daha da dərinləşmişdi. Tribunalarda “Neftçi – alverçi!” şüarları artıq hamının dilində idi. Bu şüarın yaranması isə təsadüfi deyildi. “Neftçi” rəhbərliyi futboldan çox alverlər, oğurluqla, cibləri doldurmaqla məşğul idi. Konfrans Liqasında erməni futbolçu Karen Vardanyan Bakıda 2 qol və bir məhsuldar ötürmə edəndə yenə o günlər yadımda düşdü: ermənilər necə küçəyə çıxıb azərbaycanlıları ələ salır, lağlağı edirdilər. Ən ağrılısı isə o idi ki, “Neftçi alverçi” ləqəbi qazanmış “xalq komandası” buna şərait yaradırdı. Aradan az qala 40 il vaxt keçib və deyəsən bu müddətdə heç nə dəyişməyib. Bu gün də eyni mənzərədir. Bərbad idarəetmə, dağıdılan pullar, səriştəsiz rəhbərlər “xalqın komandası”nı yenə lağlağı obyektinə çevirib. Lap 1980-ci illərdəki kimi. Yadıma rəhmətlik Səyavuş Aslanla Yaşar Nuriyevin “Yol əhvəlatı”ndakı dialoqu düşdü. Səyavuş deyir: “Yenə nə olub, ay loxəbər? “Neftçi” yenə uduzub?”. Yaşar Nuri isə: “eeeh, “Neftçi”nin udan günü var ki”?

Paylaş:

Xəbər Lenti

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39

TV PROQRAM

08.09.26 | 19:16