Mourinyo qərarını verdi: Vinisius “Real”da qalacaq?

31.07.26 | 03:02
Dünya futbolu

Braziliyalı ulduz Vinisius Juniorun “Real”dakı gələcəyi ətrafında müzakirələr davam edir. Son günlər onun “Arsenal”a mümkün transferi ilə bağlı xəbərlər geniş yayılıb. İspaniya nəhənginin yeni baş məşqçisi Joze Mourinyonun isə bu məsələdə qəti mövqe sərgilədiyi bildirilir.

“The Sun” nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis 2027-ci ilin yayına qədər müqaviləsi olan Vinisiusu komandasında saxlamaq niyyətindədir. Hətta futbolçu yeni müqaviləyə imza atmasa belə, Mourinyo onunla işləməkdə maraqlıdır.

Sky Sports da xəbər verir ki, “Real” rəhbərliyi Vinisiusu gələcək planlarının əsas hissəsi hesab edir və braziliyalının sonda müqaviləsini uzadacağına inanır. Bununla belə, tərəflər arasında danışıqlar bir neçə aydır davam etsə də, hələlik yekun razılıq əldə olunmayıb.

Mövcud müqaviləyə əsasən, Vinisius 2027-ci ilin yanvarından etibarən digər klublarla danışıqlar aparmaq hüququ qazanacaq və altı ay sonra Madrid klubunu azad agent kimi tərk edə biləcək. Buna baxmayaraq, “Real” onu bu yay satmağı düşünmür.

İngiltərə təmsilçisi “Arsenal”ın isə 25 yaşlı futbolçunu rekord məvaciblə heyətinə cəlb etməyə çalışdığı bildirilir. “The Telegraph” və The Athletic yazır ki, “topçular” braziliyalıya olduqca cəlbedici maliyyə paketi təklif ediblər. “Real” isə buna daha sərfəli yeni müqavilə ilə cavab verib.

Mourinyo ilə Vinisius arasında ötən mövsüm Çempionlar Liqasındakı “Benfika” – “Real” matçından sonra yaşanan gərginlik də yenidən gündəmə gəlib. Həmin vaxt portuqaliyalı mütəxəssis futbolçunun qol sevincini tənqid etmişdi. Lakin İngiltərə mətbuatının iddiasına görə, bu fikir ayrılığı artıq geridə qalıb və Mourinyo Vinisiusu komandanın əsas simalarından biri hesab edərək onun hər vəchlə “Real”da qalmasını istəyir.

Paylaş:

Xəbər Lenti

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28

Erlinq Holand DÇ-2026-dan evə unikal kolleksiya ilə dönüb

08.09.26 | 21:23

“Qarabağ”ın ÇL-də qəhrəman olan qapıçısı Polşaya qayıtdı: “Uşaqlıq arzumu Ağdamda reallaşdırdım!”

08.09.26 | 20:39