“Qarabağ” Sofiyada penaltilər seriyasında yenildi: Ağdam təmsilçisi mübarizəni Konfrans Liqasında davam etdirəcək

31.07.26 | 01:27
Ölkə futbolu

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Bolqarıstanda ÇSKA-nın qonağı olub. Bakıdakı ilk görüşdə olduğu kimi (0:0), Sofiyadakı “Vasil Levski” stadionunda keçirilən matçın da həm əsas, həm də əlavə vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə daha dəqiq oynayan meydan sahibləri (5:4) növbəti mərhələyə yüksəliblər.

Qarşılaşma ilk dəqiqələrdən ikili mübarizələrlə zəngin və gərgin keçib. ÇSKA futbolçularının sərt oyununa belçikalı baş hakim Bram van Drike zaman-zaman göz yumsa da, “Qarabağ” matçın müəyyən bölümlərində təşəbbüsü ələ almağı bacarıb. Kadi Borjes, Abdellah Zubir və Aleksey Kaşçukun fəallığı ilə yaradılan imkanlar son zərbələrdə dəqiqlik çatışmazlığı səbəbindən qolla nəticələnməyib.

Oyuna sonradan daxil olan Renaldo Sefas 105+1-ci dəqiqədə matçın ən real qol epizodunu boşa verib – onun qapıçı ilə təkbətək çıxdığı epizodda ÇSKA-nın belaruslu qolkiperi Fyodor Lapouxov mükəmməl reaksiya göstərib. 116-cı dəqiqədə isə Lapouxov Çebrail Makretskis və Xoni Montiyelin ardıcıl təhlükəli zərbələrini dəf edərək komandasını oyunda saxlayıb.

Penaltilər seriyasında ÇSKA futbolçuları bütün şanslarını qola çeviriblər. Ağdamlıların heyətində Marko Yankoviç və digərləri dəqiq olsa da, Mateus Silvanın ikinci zərbəni boşa verməsi yekun nəticəni bəlli edib — 5:4.

Bu nəticədən sonra “Qarabağ” yoluna UEFA Konfrans Liqasında davam edəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 6 və 13-də keçiriləcək.

UEFA Avropa Liqası. II təsnifat mərhələsi, cavab oyunu

ÇSKA (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) 0:0

İlk oyun: 0:0

Penaltilər seriyası: ÇSKA – Qarabağ 5:4

5:4 Eto’o
4:4 Montiyel
4:3 Sensi
3:3 Sefas
3:2 Qbamen
2:2 Muaddib
2:1 İvanov
1:1 Silva (qapıçı)
1:1 Pittas            
0:1 Yankoviç

ÇSKA (Bolqarıstan): Fyodor Lapouxov, Teodor İvanov, Fakundo Rodriges, Pastor, Andjelo Martino (Məhəmməd Braimi, 99), Jan-Filip Qbamen, Brunu Jordau (k) (Ceyms Etoo, 71), Maks Ebonq, Stefano Sensi, İoannis Pittas, Leandro Qodoy (Yoel Zvarts, 89)

“Qarabağ” (Azərbaycan): Mateuş Koxalski, Bədavi Hüseynov (Çebrail Makretskis, 82), Bertse Varkonyi, Mateus Silva, Elvin Cəfərquliyev (Bruno Lanqa, 82), Pedro Bikalyo, Marko Yankoviç, Kadi Borjes (Renaldo Sefas, 70), Aleksey Kaşçuk (Cali Muaddib, 82), Abdellah Zubir (k) (Xoni Montiyel, 90+2), Zakariya Savo (Musa Qurbanlı, 100)

Sarı vərəqələr: Brunu Jordau, Leandro Qodoy, Ceyms Eto’o, Andjelo Martino, Teodor İvanov, Yoel Zvarts – Marko Yankoviç, Bertse Varkonyi, Xoni Montiyel

Baş hakim: Bram van Drik (Belçika)

Stadion: “Vasil Levski” (Sofiya)

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16