Lionel Messi ailəsi ilə birlikdə vətənə döndü

30.07.26 | 15:01
Dünya futbolu

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının başa çatmasının ardından ailəsi ilə birlikdə doğma şəhəri Rosarioya qayıdıb.

AFP agentliyinin məlumatına görə, 39 yaşlı futbolçu həyat yoldaşı Antonela Rokutso və üç övladı ilə şəxsi təyyarə vasitəsilə Santa-Fe əyalətinə gəlib. Daha sonra Messi adətən vətənə qayıdarkən məskunlaşdığı Rosarionun yaxınlığındakı Funes şəhərində yerləşən qapalı yaşayış kompleksinə yollanıb.

Messinin Argentinaya dönüşü atası və eyni zamanda agenti olan Xorxe Messinin səhhətində yaranan problemlərlə eyni vaxta təsadüf edib.

Messi DÇ-2026-da uğurlu çıxışı ilə diqqət çəkib. Təcrübəli hücumçu turnirdə 8 qol vurub, 4 məhsuldar ötürmə verərək Misir və İngiltərə ilə oyunlardakı möhtəşəm geridönüşlərdə əsas pay sahiblərindən biri olub.

Messi karyerasında dünya çempionatının finalında üçüncü dəfə meydana çıxıb. O, 2022-ci ildə Fransa üzərində qələbə qazanaraq dünya çempionu olub, 2014-cü ildə Almaniyaya, 2026-cı ildə isə İspaniyaya qarşı həlledici görüşdə məğlubiyyət yaşayıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46