UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Orxus” qarşılaşmalarının oyun cədvəli açıqlanıb.
Komandalar arasında ilk görüş avqustun 5-də Danimarkanın Randers şəhərində yerləşən “Randers” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Cavab oyunu isə avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.