Millinin yarımmüdafiəçisi Anatoli Nuriev karyerasını Macarıstanda davam etdirəcək. 30 yaşlı futbolçu Macarıstanın “Kişvarda” klubu ilə müqavilə imzalayıb. Tərəflər arasında bağlanan sözləşmənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Nuriev ötən mövsüm ərzində Bakı təmsilçiləri “Sabah” və “Zirə”nin formasını geyinib.