“Zirə”nin müdafiəçisi Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Payde”yə qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Braziliyalı futbolçu ilk matçda istədikləri nəticəni qazana bilmədiklərini xatırladıb: “İlk oyunda nəticə bizim istədiyimiz kimi olmadı. Halbuki, meydanda oyuna nəzarət edən tərəf biz idik. Rəqib müdafiədə çox intizamlı çıxış etdi. Bu həftə hazırlıq prosesində məhz bu məqam üzərində çalışdıq. İlk görüşdən fərqli olaraq, bu dəfə yaratdığımız qol imkanlarını dəyərləndirmək istəyirik”, – deyə Ruan Renato bildirib.