Hristo Yanev: “Qarabağ”la matçda hər cür ssenariyə hazırıq”

29.07.26 | 16:58
Ölkə futbolu

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ı qəbul edəcək Sofiya ÇSKA-sının baş məşqçisi Hristo Yanev matçdan öncə mətbuat konfransı keçirib. 31 qat Bolqarıstan çempionunun çalışdırıcısı komandasının mərhələ adlamaq üçün Bakıdakı ilk oyundakı müsbət tərəfləri qorumalı və hücumda daha kəsərli olmalı olduğunu bildirib.

Rəqibin gücünə bələd olduqlarını vurğulayan Yanev, matça xüsusi hazırlaşdıqlarını deyib:

“Qarabağ” topa sahib olmağı və oyuna nəzarət etməyi sevən çox ciddi rəqibdir. Biz ilk matçdakı intizamlı oyunumuzu təkrar etməliyik, lakin uğur qazanmaq və qol vurmaq üçün hücumda daha cəsarətli və effektiv olmalıyıq. Komandamı heç vaxt müdafiə və hücum xəttinə bölməmişəm — bütün heyət müdafiə fazasında maksimum güc qoymalıdır”.

Baş məşqçi mətbuat konfransında futbolçuların son durumu ilə bağlı da açıqlamalar verib. O, Eto’onun tam hazır olduğunu və “Qarabağ”a qarşı cavab matçında meydana çıxa biləcəyini bildirib.

Yanev Qodoyun ilk oyunda əvəzlənməsinin zədə ilə bağlı olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu qərar sırf taktiki xarakter daşıyıb və futbolçunu ikinci sarı vərəqə almaq riskindən qorumaq məqsədi daşıyıb.

Mütəxəssis ilk görüşdən sonra məlum olmayan bir məqama da aydınlıq gətirib. O bildirib ki, Voru zədəli olmasına baxmayaraq, komandasına kömək etmək üçün meydana çıxıb: “Voru zədəli idi, dişini sıxıb oynadı. Lakin 100 faiz hazır olmadığı üçün onu əvəzləməli oldum. Bizim 26 nəfərlik geniş heyətimiz var. Səbirli olmalı və hər bir futbolçudan doğru zamanda yararlanmalıyıq”. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun təcrübəsinə və komandasının oturuşmuş oyun üslubuna diqqət çəkən Yanev, azarkeş dəstəyinin helledici rol oynayacağını vurğulayıb: “Rəqibin taktikasını xırdalıqlarına qədər öyrənmişəm, amma bizim də keyfiyyətli futbolçularımız var. Keçmişdə futbolçu kimi “Liverpul”, “Milan”, “Bayer” kimi klublara qarşı oynadığım avrokubok matçlarından böyük təcrübə qazanmışam. Sabah azarkeşlərimizdən də eyni enerjini gözləyirəm – stadionumuz “qaynayan qazana” çevrilməli və hər kəs ÇSKA-nın necə böyük bir klub olduğunu hiss etməlidir”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46