Dünya çempionatının həlledici matçını idarə edən sloveniyalı hakim Slavko Vinçiç referilik karyerası ilə vidalaşır. Sloveniya Futbol Assosiasiyasının rəsmi saytının məlumatına görə, 46 yaşlı ədalət təmsilçisi 16 illik FİFA referisi fəaliyyətinə nöqtə qoyub. Beləliklə, İspaniya və Argentina milli komandaları arasında keçirilən mundialın final görüşü onun karyerasında sonuncu matç olub.
Vinçiç turnir ərzində final oyunu ilə yanaşı, Braziliya – Mərakeş, İordaniya – Əlcəzair və Meksika – Ekvador qarşılaşmalarında da fit çalıb. Təcrübəli hakim həm Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS), həm də İtaliya Hakimlər Assosiasiyası (AIA) tərəfindən Dünya Çempionatının ən yaxşı referisi seçilib.
2010-cu ildən FİFA dərəcəli hakim olan Vinçiç zəngin karyerası ərzində DÇ-2022, Avro-2020 və Avro-2024 matçlarını idarə edib. Sloveniyalı referinin həmçinin 2022-ci il Avropa və 2024-cü il Çempionlar Liqasının final qarçılaşmalarını idarə edib.