Qəbələdə təlim-məşq toplanışında olan “Kəpəz” və “Sumqayıt” klubları yoxlama görüşündə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada tərəflər qol vurmağa nail olmayıb – 0:0.
Xatırladaq ki, bu matçadək hər iki komanda hazırlıq çərçivəsində digər oyunlar keçirib. “Kəpəz” bundan əvvəl “Qəbələ”yə 1:2 hesabı ilə uduzmuş, “Şamaxı” ilə isə qolsuz heç-heçə etmişdi. “Sumqayıt”ın isə daha əvvəlki yoxlama matçı “Qəbələ” ilə 1:1 hesablı bərabərliklə nəticələnmişdi.