UEFA Konfrans Liqasının 2026/27 mövsümünün ikinci təsnifat mərhələsinin ilk oyunu Minsk “Dinamo”sunun avrokubok salnaməsinə parlaq bir iradə nümayişi kimi yazıldı. Bakıda “Neftçi”yə qarşı keçirilən görüşün startında şok yaşayan qonaqlar, oyunun gedişatında kəskin dönüş edərək 2:0-dan geri dönüş edərək 4:2 hesablı qələbəyə çevirməyi başardılar.
Görüş belaruslular üçün kabus kimi başladı. Müdafiə xəttində iki məcburi dəyişikliklə meydana çıxan “Dinamo” hələ oyunun ritminə düşməmiş hesabda geriyə düşdü.
Oyunun cəmi 72-ci saniyəsində Sako sağ cinahdan uzun ötürmə ilə Tuptanı tapdı; o isə tək toxunuşla topu Klismana indirdi. Klismanın cərimə meydançasına uzatdığı ötürməni “Neftçi”nin start heyətindəki yeganə azərbaycanlı futbolçu Emin Mahmudov tora qovuşdurdu – 1:0.
Bu şokdan ayılmağa macal tapmayan qonaqlar 8-ci dəqiqədə ikinci zərbəni aldılar. Emin Mahmudovun cərimə zərbəsindən ötürdüyü topu uzaqlaşdırmağa çalışan “Dinamo”lu İvanov topu komanda yoldaşı Selyavaya vurdu və rikoşetlə torla qovuşdu -2:0.
Startda iki top önə keçən “Neftçi” tədricən tempi aşağı saldı və orta sahədə fərdi səhvlərə yol verməyə başladı. Meydanda 8 fərqli ölkənin nümayəndəsi ilə mübarizə aparan bakılıların bu kövrək heyəti rəqibin Vardanyan və Malaşeviç cütlüyünə qarşı müqavimət göstərə bilmədi.
20-ci dəqiqədən etibarən üstünlüyü ələ alan minsklilər 36-cı dəqiqədə fərqi azaldılar. Vardanyanın zərbəsindən sonra “Neftçi”nin qapıçısı Emil Balayevin buraxdığı qapıçı səhvi (və ya zədəsinin təsiri) topun torla qovuşması ilə nəticələndi – 2:1.
İkinci hissənin başında isə zədələnən Balayevi əvəzləyən Rza Cəfərov meydana daxil olan kimi qapısında qol gördü. 47-ci dəqiqədə Malaşeviç uzaq küncü dəqiq nişan alaraq hesabı bərabərləşdirdi – 2:2.
56-cı dəqiqədə Klismanın uzaqdan endirdiyi güclü zərbə “Dinamo”nun qapı tirinə dəydi. Lakin dərhal cavab hücumunda Mustapha Sekin topu itirməsindən istifadə edən Cime topu Vardanyana ötürdü. Erməni əsilli hücumçu boş qapını dəqiq nişan alaraq “Dinamo”nu öne keçirdi — 2:3.
“Neftçi”nin baş məşqçisinin eyni anda etdiyi üç dəyişiklik də komandanın oyununu canlandıra bilmədi. 77-ci dəqiqədə Qraviyon cərimə meydançasında Alıkulova qarşı kobudluq edərək penaltiyə səbəb oldu. Alıkulovun ilk zərbəsini qapıçı Rza Cəfərov dəf etsə də, geri dönən topu qırğız yarımmüdafiəçi başla torlara göndərdi – 2:4.
Qalan dəqiqələrdə hər iki tərəfin qarşılıqlı hücumlarına baxmayaraq hesab dəyişmədi və “Neftçi” doğma meydanda azarkeşləri önündə ağır və gözlənilməz bir məğlubiyyətlə üzləşdi.
UEFA Konfrans Liqası. II təsnifat mərhələsi, ilk oyun
“Neftçi” (Bakı, Azərbaycan) – “Dinamo” (Minsk, Belarus) — 2:4
Qollar: Emin Mahmudov (2), Kirill Selyava (8 – öz qapısına) — Karen Vardanyan (36, 57), Qleb Malaşeviç (47), Quljikit Alıkulov (77)
“Neftçi”: Emil Balayev (Rza Cəfərov, 46) – Alpha Sako, Andre Qraviyon, Yuri Ribeyro, Mustapha Sek (Rüfət Abbasov, 60) – Klisman, Sessi D’Almeyda (Emil Səfərov, 60), Emin Mahmudov (k) (Olavale Metev, 60) – Breno Almeyda (Suleyman Sambu, 66), Lubomir Tupta, Yassin Faraj.
“Dinamo” (Minsk): Şimakoviç – Qurban, İvanov, Kalinin, Ture (Vakuliç, 92+) – Selyava (k), Jeçko (Sokolovski, 60), Abdullahi – Cime (Alıkulov, 73), Vardanyan (Gvet, 73), Malaşeviç.
Qaçırılan penalti: Quljikit Alıkulov (77, qapıçı dəf etdi)
Xəbərdarlıqlar: Abdullahi (47+), Sako (54) Hakim: K. Fellas (Kipr)