Qurban Qurbanov: “İllərdir bu prosesdən keçirik və kifayət qədər təcrübəmiz var”

22.07.26 | 19:39
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində sabah Bolqarıstanın ÇSKA klubuna qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında komandasının hazırlıq durumu, transfer planları və yeni mövsümlə bağlı fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis əvvəlcə avrokuboklarda çıxış edən Azərbaycan klublarına uğurlar arzulayıb: “Dünən “Sabah” qələbə qazandı, onları təbrik edirəm. Bu gün isə “Neftçi”yə uğurlar arzulayıram. Sabahkı oyuna gəlincə, hesab edirəm ki, yaxşı hazırlaşmışıq. Rəqib fərqli oyun üslubuna malik komandadır. İlk dəqiqələrdən etibarən son dərəcə diqqətli və məsuliyyətli olmalıyıq”.

Qurbanov bildirib ki, komanda hələ istədiyi səviyyəyə tam çatmasa da, inkişaf müsbət istiqamətdə davam etdiyini deyib: “Deyə bilmərəm ki, sistem tam istədiyim kimi işləyir. Bununla belə, hər şey daha yaxşıya doğru gedir. İstəyərdik ki, planlaşdırdıqlarımızı 90 dəqiqə ərzində tam yerinə yetirək. Təəssüf ki, bəzi çatışmazlıqlar qalır və düşündüyümüz kombinasiyaları hər zaman sabit şəkildə icra edə bilmirik. Vaxt keçdikcə daha da inkişaf edəcəyik. Avropada hər rəqib fərqlidir və buna görə də oyunun gediçində müəyyən dəyişikliklər etməyə məcbur oluruq”.

Baş məşqçi ÇSKA ilə oyunun “Qarabağ”ın real gücünü tam əks etdirməyəcəyini də vurğulayıb: “Komandanın oyununu sabitləşdirmək və inkişaf etdirmək asan proses deyil. Hazırlıq dövründə müəyyən çətinliklər yaşanır, futbolçular da fərqli fiziki vəziyyətdə olurlar. Yay istisi fonunda oyunun tempinin aşağı düşməsi normal haldır. Biz illərdir bu prosesdən keçirik və kifayət qədər təcrübəmiz var. Üstəlik, bu mövsüm heyətdə çox dəyişiklik baş verib və bunun təsiri hiss olunur. Optimal formaya nə vaxt çatacağımızı demək çətindir. Amma əminəm ki, mərhələli şəkildə daha da güclənəcəyik”.

Qurbanov son günlər Coni Montielin əsas komandadan uzaqlaşdırıldığı ilə bağlı yayılan iddialara da münasibət bildirib. O, ispaniyalı futbolçunun əsas komandanın üzvü olduğunu vurğulayıb.

Təcrübəli mütəxəssis yeni mövsümdən VAR sistemi ilə bağlı tətbiq olunacaq dəyişikliklərə də toxunub: “Komandada futbolçuların sayı artdıqca problemlər də çoxalır. Hakimlikdə də eyni vəziyyətdir. VAR tətbiq olunandan sonra hakim qərarları ilə bağlı narazılıqlar daha da artıb. Hər yeni detal əlavə mübahisələr yaradır. Məncə, bu dəyişikliklərdən sonra müzakirəli epizodların sayı daha da çox olacaq”.

ÇSKA-nın iki gün əvvəl ölkə çempionatında oyun keçirməsinin üstünlük olub-olmaması ilə bağlı suala isə Qurbanov belə cavab verib: “Bu suala dəqiq cavab vermək çətindir. Açığı, mən də istərdim ki, bu müddətdə biz də rəsmi oyun keçirək. Futbolçular üçün oyun praktikası çox vacibdir. Hazırkı mərhələdə nə qədər çox oyun olsa, bir o qədər faydalıdır”. Transfer məsələsinə toxunan baş məşqçi hazırda konkret yeniliyin olmadığını bildirib: “Hələlik konkret xəbər yoxdur. İşimizi davam etdiririk. Əgər hər şey planlaşdırdığımız kimi getsə, iki transferi reallaşdırmağa çalışacağıq”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46