“Paide”nin baş məşqçisi: “Zirə” ilə qarşılaşmanın məsuliyyətini dərk edirik”

22.07.26 | 16:46
Ölkə futbolu

Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Paide”nin baş məşqçisi Tarmo Kink, rəqib barədə fikirlərini bölüşüb. Kink “Zirə”nin əvvəlki mərhələdə mübarizədən kənarlaşdırdıqları “Heqelmann”dan tamamilə fərqli bir oyun üslubuna malik olduğunu vurğulasa da, komandasının meydanda ehtiyatlı davranmaq niyyətində olmadığını qeyd edib.

Daxili çempionatda “Harju”ya qarşı alınan 2:5 hesablı ağır məğlubiyyəti şərh edən Kink, artıq bu səhifəni bağlayaraq bütün diqqəti avrokuboklara yönəltdiklərini bildirib: “Həmin oyun üçün heç bir bəhanə yoxdur, məsuliyyəti boynumuza alırıq. Lakin keçmişdə qalmamaq və yeni oyuna fokuslanmaq lazımdır”.

Heyət rotasiyasından razı qalan mütəxəssis, komandada kifayət qədər təcrübəli oyunçuların olduğunu xatırladıb. Qapıçı mövqeyində isə vəziyyət belədir: əsas qolkiper Ebrima Jardju son turda istirahət edib, zədəli Marko Meeriitsin isə bir müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Uzunmüddətli zədəli olan Uilyam Lins və Qerdo Yuxkami istisna olmaqla, komandada hazırda ciddi itki yoxdur.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46