“Favorit kimdir?” – Vernidub Minsk “Dinamo”su ilə matçdan əvvəl danışdı

22.07.26 | 02:37
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Minsk “Dinamo”suna (Belarus) qarşı keçiriləcək ilk oyun öncəsi təşkil edilən mətbuat konfransına qatılıb. Təcrübəli mütəxəssis komandanın qarşıdakı hədəflərindən, transfer planlarından və rəqibin hazırkı formasından söz açıb.

Klubun qarşıdan gələn 90 illik yubileyinin böyük əhəmiyyət daşıdığını bildirən ukraynalı çalışdırıcı, əsas arzusunun daxili birincilikdə qızıl medalları qazanmaq olduğunu vurğulayıb: “Mənim bir arzum var – “Neftçi”ni klubun 90 illik yubileyində ölkə çempionu etmək. Bu, böyük tarixə malik klubdur və buna layiqdir. Digər məqsədimiz isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün zamana və sistemli işə ehtiyac var”.

Heyətin çempionluq uğrunda mübarizə aparmaq gücündə olduğunu deyən Vernidub, buna baxmayaraq transfer çalışmalarının fasiləsiz davam etdiyini gizlətməyib: “Hazırkı heyətimiz qarşıya qoyulan məqsədlər uğrunda mübarizə aparmağa imkan verir. Bununla yanaşı, transfer bazarında da fəal işləyirik. Bu proses heç də asan deyil və müəyyən vaxt tələb edir. Lakin heyətin gücləndirilməsi nəzərdə tutulur. Həm mən, həm də klub rəhbərliyi yeni transferlərə ehtiyac olduğunu yaxşı anlayırıq”.

Minsk “Dinamo”sunun Belarus çempionatında mövsümü davam etdirməsinin onlar üçün üstünlük təşkil etdiyini bildirən mütəxəssis, rəqibin daha yaxşı tonusda olduğunu qeyd edib: Dinamohazırda Belarus çempionatın lideridir. Mövsüm onların ölkəsində davam etdiyi üçün daha yaxşı oyun formasındadırlar və bu, onların üstünlüyüdür. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu mərhələni keçməyi düşünürük. Digər rəqiblər barədə isə yalnız bundan sonra fikirləşəcəyik”.

Belarus təmsilçisinin əvvəlki mərhələdə Şimali Makedoniya klubuna evdə uduzub, səfərdə qalib gəlməsini şərh edən baş məşqçi, rəqibin ilk oyunda qapalı müdafiəni yarmaqda çətinlik çəkdiyini, cavab görüşündə isə bəxt amilinin də onların tərəfində olduğunu diqqətə çatdırıb.

Cütün favoriti barədə konuşmağın tez olduğunu bildirən Vernidub, yekun sözü meydandakı mübarizənin deyəcəyini vurğulayıb: “İndi kimin favorit olduğunu söyləmək mümkün deyil. Kimin daha güclü olduğunu oyun göstərəcək. Hər şey meydanda kimin daha yaxşı çıxış etməsindən asılı olacaq. Ümid edirəm ki, bu, biz olacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Mümkün növbəti rəqib olan Portuqaliya “Braqa”sı ətrafında yaranan müzakirələrin komandaya əlavə təzyiq yaratmadığını bildirən təcrübəli mütəxəssis, psixoloji cəhətdən hazır olduqlarını ifadə edib: “Xeyr, bunu təzyiq kimi hiss etmirəm. Kifayət qədər təcrübəm var. Ola bilər ki, ailə daxilində müəyyən həyəcan yaşansın, amma bunu klubda hiss etdirmərəm. Azarkeşlərin böyük ümid bəsləməsi tamamilə normaldır. Biz yaxşı oyunlara hazır olmalıyıq. Futbolda nəticə olanda hamı səni sevir, əks halda isə tənqid qaçılmazdır.”

“Neftçi” – Minsk “Dinamo”su arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması isə iyulun 30-da baş tutacaq.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46